RU

Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi: Əməliyyat olundu

 

Məşhur türkiyəli müğənni Cengiz Kurtoğlu ötən axşam qəfil burun qanaması şikayəti ilə xəstəxanaya çatdırılıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, müayinələr zamanı sənətçinin iki damarının tıxandığı müəyyən edilib.

Əldə edilən məlumatlara görə, xəstəxanada aparılan testlər nəticəsində sənətçinin ürək damarlarında ciddi tıxanma aşkarlanıb. Həkimlər tıxanmış arteriyalardan birinə stent yerləşdiriblər, digər damar üçün isə müdaxilənin bir ay sonra həyata keçirilməsi planlaşdırılıb.

Məlumata görə, uğurlu keçən prosedurdan sonra Kurtoğlunun ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Hazırda sənətçinin nəzarət altında saxlanıldığı və müalicə prosesinin davam etdiyi bildirilir.

Musavat.com

Избранный
15
10
musavat.com

10Источники