Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb.
BDYPİ-dən Publika.az-a verilən məlumata görə, yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə DYP əməkdaşları aidiyyəti qurumlarla birgə çalışır.
Nasazlıq səbəbindən məcburi dayanan avtomobillər yoldan kənarlaşdırılır, piyadaların yolu təhlükəsiz keçmələrinə bilavasitə köməklik göstərilir.
Respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın intensiv hərəkətinin təmin olunması üçün YPX Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparılır.