RU

Con Toşak yaddaşını itirməyib? - "Qaçırdığım qolları unutmuşam, amma vurduqlarımı mükəmməl xatırlayıram"

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Benjamin Toşak yaddaşını itirməsi ilə bağlı iddiaya münasibət bildirib.

Fanat.Az xəbər verir ki, 77 yaşlı mütəxəssis oğlu Kamerun Toşakın bu barədə mətbuata açıqlamasını qismən yalanlayıb.

"El Mundo" Toşakdan və həyat yoldaşından açıqlama alıb:

"Demensiya? Hələ yox! Qaçırdığım bütün qolları unutmuşam, amma vurduğum qolları mükəmməl xatırlayıram (gülür).

Toşakın həyat yoldaşı Mai oğlunun şərhindən narahat olduğunu söyləyib: "O, gecə saat ikidə ağlayaraq yuxuya getdi. Oğlumuz iki ildir ki, atasını görmür. O, bunu necə əminliklə deyə bilər?".

Bununla belə, Toşak qısamüddətli yaddaşının bir qədər zəiflədiyini etiraf edib.

Qeyd edək ki, Toşakın oğlu təcrübəli mütəxəssisə demensiya diaqnozu qoyulduğunu açıqlamışdı:

“Bu, dəhşətli xəstəlikdir. Demək olar ki, hər gün onunla danışıram və əgər günün ikinci yarısında söhbət etsək, səhər danışdığımızı xatırlamaya bilər". 

Qeyd edək ki, “Liverpul”da 100-dən çox oyun keçirmiş, Uels millisinin heyətində 40 matçda iştirak etmiş veteran hücumşu, məşqçi kimi “Sportinq”, “Real Sosyedad”, “Real”, “Deportivo”, “Beşiktaş” kimi klublarda, həmçinin Uels, Şimali Makedoniya yığmalarında fəaliyyət göstərib. Son klubu İranda “Traktor” olan Toşak 2013-cü ildə ölkəmizdə “Xəzər Lənkəran”a rəhbərlik edib.

Mirağa

Избранный
5
1
fanat.az

2Источники