RU

“Təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb”

BAKI, 28 mart. TELEQRAF

Hazırda ölkəmizin ərazisində güclü yağışlar müşahidə olunur. Sözsüz ki, bu, ilk növbədə kommunal xidmətlər üçün sınaqdır. Ölkə ərazisi boyu kommunal xidmətlərin əməkdaşları iş başındadır. Kollektorlardan yağıntıların kənarlaşdırılması üçün maksimum dərəcədə fəaliyyət göstərilir.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, yağışın yaratdığı fəsadlar fonunda çətin şəraitlə üzləşmiş insanlar xilas edilir:

“Fövqəladə Hallar Nazirliyi (FHN) təbii şəraitin fəsadlarının aradan qaldırılması üçün ciddi iş aparır. Sosial media hesablarında su basma təhlükəsi ilə üzləşmiş evlərdən insanların FHN əməkdaşları tərəfindən necə xilas edilməsinə dair görüntülər yayılır. Həmçinin polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və hansı yollarda problemlərin olması ilə bağlı mütəmadi məlumatlar verilir. Ərzaq mağazalarında heç bir qıtlıq yaşanmır”.

Deputat bildirib ki, ölkəmizin regionlarında dövlət strukturlarının əməkdaşları xidmət, sektoruna aid şöbələr iş başındadır:

“Yağışın yaratdığı çətinliklər fəsadlar yaratmasın deyə hər kəs üzərinə düşən vəzifəni icra edir. Qonşu Dağıstanda da güclü yağışların fəsadları mövcuddur. Sözsüz ki, təbiət hadisələri ilə bağlı çətinliklər təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində, Avropa paytaxtlarında, bölgələrində yağışın, küləyin, isti hava şəraitinin yaratdığı çətinliklər barəsində eşidirik. Azərbaycanda dünənin və bu günün çətinliklərinin öhdəsindən bacarıqla gəlincəyinə hamılıqla əminlik mövcuddur”.

Избранный
15
2
teleqraf.com

3Источники