RU

Hərbi qulluqçuların pul təminatı qaydalarında dəyişiklik edilib

Bakı. Trend:

Hərbi qulluqçuların pul təminatı qaydalarında dəyişiklikedilib.

Trend-inməlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” Qanundadəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Yeni qanuna əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan,hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindənasılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi(müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onunmüavinləri, Azərbaycan dövlətinin başçısının fəaliyyətinibilavasitə təmin edən digər orqanın rəhbəri, müavini vəəməkdaşları, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmətvəzifəsində qulluq keçən dövlət qulluqçularına münasibətdə isəyalnız aylıq vəzifə və rütbə maaşı) almaq hüququ var.

Həmçinin, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbiqulluqçularından, habelə müvafiq icra hakimiyyəti orqanınınrəhbəri və onun müavinlərindən, Azərbaycan dövlətinin başçısınınfəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavinivə əməkdaşlarından, habelə müvafiq icra hakimiyyəti orqanında hərbixidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularındanbaşqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavəolaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.

Daha əvvəl yuxarıda qeyd edilən istisnalar qanunda nəzərdətutulmamışdı.

Избранный
16
19
az.trend.az

10Источники