RU

Ukrayna XİN İranın Dubayda antidron sistemlərinin saxlanıldığı anbara zərbə endirməsi ilə bağlı xəbərlərə münasibət bildirib - YENİLƏNİB

Ukrayna Xarici İşlər Nazirliyi İranın Dubayda antidron sistemlərinin saxlanıldığı anbara zərbə endirməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

"Unian"ın xəbərinə görə, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Qeorqiy Tixiy bunu saxta xəbər adlandırıb.

"Bu, yalandır. Bu məlumatı rəsmi olaraq təkzib edirik. İran rejimi tez-tez bu cür dezinformasiya əməliyyatları aparır və ruslardan heç bir fərqləri yoxdur", - o qeyd edib.

***
15:01

İran Dubayda dronlarla mübarizə üzrə ukraynalı ekspertləri hədəfə alıb.

Bu barədə “Fars” xəbər agentliyi Xatəmül-Ənbiya Mərkəzi Qərargahına istinadən xəbər verir.

Bildirilib ki, Dubayda ABŞ ordusuna dəstək məqsədilə yerləşdirilmiş Ukraynaya məxsus antidron aparatları sistemlərinin saxlanıldığı anbar İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik və dəniz qüvvələrinin birgə əməliyyatı nəticəsində vurularaq məhv edilib.

Anbarda olan 21 ukraynalının taleyi barədə məlumat verilməyib.

Избранный
7
8
apa.az

10Источники