Pumse üzrə millimizin üzvü Hüseyn Novruzov Türkiyənin Antalya şəhərində keçirilən taekvondo üzrə "Türkiye Open" beynəlxalq turnirində freestyle proqramında parlaq çıxış nümayiş etdirərək qızıl medal qazanıb.
"Football-plus.az" xəbər verir ki, o, yarışda yüksək pumse texnikası və akrobatik elementləri ilə fərqlənərək bir sıra güclü rəqibləri üstələyib.
Bu, Azərbaycan taekvondo tarixində böyüklər arasında rəsmi yarışda pumse üzrə qazanılan ilk qızıl medaldır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта