RU

Sonuncu dəfə 1988 ci ildə belə olmuşdu

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda son yüz ilin yağıntı rekordu qırıldı. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə paytaxtda və Abşeron yarımadasında intensiv yağışlar davam edir. Martın 27-də sutkalıq yağıntının miqdarı 120 millimetrə çatıb ki, bu da aylıq normanın 508 faizi deməkdir.

Müqayisə üçün qeyd edək ki, sonuncu analoji rekord 1988-ci ildə qeydə alınmışdı. Həmin vaxt sutkalıq yağıntı 36.8 millimetr olmuşdu. Bu ilin göstəriciləri əvvəlki rekordları dəfələrlə üstələyib. Mart ayının ötən 27 günü ərzində düşən ümumi yağıntı isə 128 millimetr təşkil edib.

Bu rəqəm aylıq normanın 542 faizinə bərabərdir. Beləliklə həm sutkalıq, həm də aylıq yağıntı üzrə tarixi maksimum yenilənib. Hazırda yarımadada qeyri-sabit hava şəraiti hökm sürür.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
96
50
icma.az

10Источники