RU

Xaçmazda onlarla evi su basıb

Martın 27-dən yağan güclü leysan yağışları nəticəsində yaranan sel suları Xaçmazda ciddi fəsadlar törədib.

Xezerxeber.az xəbər verir ki, Ağçay çayı məcrasından çıxaraq Cıgatay kəndində onlarla evin həyətinə, zirzəmilərinə dolub. Bundan başqa, Qarğalıq, Qaraçı, İlxıçı kəndlərində də selin fəsadları qeydə alınıb.

Qusarçay və Qudayalçayda qeydə alınan sel isə Dədəli, Uzunoba inzibati ərazi dairələrindəki kəndlərə ziyan vurub.

Xaçmaz rayon fövqəladə hallar komissiyasının sədri Anar Oruclu bildirib ki, hazırda müvafiq dövlət qurumlarının canlı qüvvəsi və ağır texnikası fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub. Cıgatay kəndində sel sularının istiqamətinin dəyişdirilməsi üçün iş aparılır.

Избранный
1
4
xezerxeber.az

5Источники