UNESCO-nun mənzil-qərargahında yüksəksəviyyəli təqdimatı keçirilən 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatı “2030-a geri sayım” adlı üçhissəli seriyanın ilk buraxılışı olaraq təhsildə əlçatanlıq və bərabərlik mövzusuna həsr edilib.
Bu barədə Aznews.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Hesabatın məqsədi ölkələrin təhsil sahəsində irəliləyişini xüsusilə əlçatanlıq və bərabərlik baxımından qiymətləndirmək, bu nəticələrə təsir göstərən əsas amilləri təhlil etmək və 2030-cu ildən sonrakı təhsil gündəliyi üzrə müzakirələrə töhfə verməkdir.
Bu çərçivədə, hesabat son 25 il ərzində məktəbəqədər, ibtidai, orta və ali təhsil səviyyələri üzrə əlçatanlıq və bərabərlik göstəricilərini əhatə edir. Hesabatda, eyni zamanda, qeyd olunan istiqamətlər üzrə ölkə nümunələri əsasında əldə olunan nəticələr daha geniş tədqiqatlarla əlaqələndirilir.