RU

Buşehr AES-ə növbəti hücum edilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyasına (AES) yeni hücumun edildiyi barədə məlumat yayıb.

TurkicWorld xəbər verir ki, agentliyin rəsmi açıqlamasına görə, bu, son on gün ərzində sözügedən obyektə edilən üçüncü hücumdur. İran rəsmiləri stansiyanın işlək vəziyyətdə olan reaktoruna ziyan dəymədiyini və ərazidə radiasiya sızmasının qeydə alınmadığını bildiriblər. Hazırda stansiyada vəziyyətin normal olduğu vurğulanır.

Qeyd edək ki, 1000 meqavat istehsal gücünə malik olan Buşehr AES İranın yeganə fəaliyyət göstərən atom elektrik stansiyasıdır. Bundan əvvəl, martın 17-si və 24-də də stansiya hücumlara məruz qalmışdı. İkinci hücumdan sonra Rusiya stansiyada çalışan əməkdaşlarını təxliyə etdiyini açıqlayıb. Xatırladaq ki, İsrail tərəfi daha əvvəl İranın mərkəzi hissəsində yerləşən digər nüvə obyektlərini də hədəf aldığını bəyan etmişdi.

Избранный
11
turkic.world

1Источники