RU

UEFA tanınmış klubu bu mozaikaya görə cərimələdi

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UEFA tanınmış klubu bu mozaikaya görə cərimələdi

UEFA Serbiyanın “Srvena Zvezda” klubunu Avropa Liqası oyununda nümayiş etdirilən bannerə görə cərimələyib.

QOL.az xəbər veriir ki, Belqrad təmsilçisi UEFA Avropa Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələsində “Lill”lə keçirilən cavab matçında 0:2 hesabı ilə uduzub və iki oyunun nəticəsinə əsasən (1:2) turnirlə vidalaşıb.

Görüşdən əvvəl azarkeşlər stadionda Müqəddəs Simeon Mirotoçivinin təsviri və “Qoy imanımız sizi qələbəyə aparsın” şüarı olan böyük mozaika hazırlayıblar. UEFA isə bu görüntünü idman tədbiri üçün uyğun hesab etməyib.

Nəticədə klub ümumilikdə 95,5 min avro məbləğində cərimələnib. Bu məbləğin 40 min avrosu birbaşa həmin bannerə görə tətbiq olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
2
qol.az

3Источники