RU

Quba-Xınalıq yolunda sürüşmə –Kəndlə nəqliyyat əlaqəsi kəsildi

Güclü yağışlar nəticəsində sel Qubanın Xınalıq kəndinə gedən avtomobil yolunda hərəkəti tamamilə dayandırıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, dağlıq ərazidən keçən sel suları yolun bir hissəsini yuyub, asfalt örtüyündə ciddi çökmələr qeydə alınıb.

Eyni zamanda, torpaq sürüşməsi baş verib və kəndlə nəqliyyat əlaqəsi tam kəsilib.

İntensiv yağıntılar davam edir.

Qeyd olunub ki, yolun bərpası və fəsadların aradan qaldırılması hava şəraiti sabitləşməsindən və intensiv yağışın dayanmasından sonra mümkün olacaq.

Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır. Sürücülərdən və vətəndaşlardan təhlükəsizlik məqsədilə həmin istiqamətdə hərəkət etməmələri xahiş olunur.

Избранный
11
5
heftelik.az

10Источники