RU

Quba-Xınalıq yolu bağlandı

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.
ONN media xəbər verir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.
Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.
Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.
***
Güclü yağışlar nəticəsində sel Qubanın Xınalıq kəndinə gedən avtomobil yolunda hərəkəti tamamilə dayandırıb.
Dağlıq ərazidən keçən sel yolun bir hissəsini yuyub, asfalt örtüyündə ciddi çökmələr qeydə alınıb.
Eyni zamanda, torpaq sürüşməsi baş verib və kəndlə nəqliyyat əlaqəsi tam kəsilib.
İntensiv yağıntılar davam edir.
Qeyd olunub ki, yolun bərpası və fəsadların aradan qaldırılması hava şəraiti sabitləşməsindən və intensiv yağışın dayanmasından sonra mümkün olacaq.
Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır. Sürücülərdən və vətəndaşlardan təhlükəsizlik məqsədilə həmin istiqamətdə hərəkət etməmələri xahiş olunur.

Избранный
8
27
onn.az

10Источники