RU

Türkiyə Prezidentinin Kibertəhlükəsizlik İdarəsinin rəhbəri: Dezinformasiyalar Azərbaycan-Türkiyə qardaş münasibətlərinə təsir edə bilməz

Dezinformasiyalar ölkələrimizin dərin əlaqələrinə təsir edəcək gücdə deyil.

Bunu APA-nın Türkiyə bürosuna müsahibəsində Türkiyə Prezidentinin Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Ümit Önal bildirib.

Ümit Önal son dövrlər yayılan dezinformasiya və feyk xəbərlərin narahatlıq doğurmadığını qeyd edib.

O, bu xəbərlərin dövlətlər və cəmiyyətlər nəzdində ciddi qəbul olunmadığını vurğulayıb:

“Azərbaycan və Türkiyə arasında çox güclü, tarixi və qardaşlıq münasibətləri mövcuddur. Bu səbəbdən saxta xəbərlər və dezinformasiyalar bu əlaqələrə təsir edəcək gücdə deyil. Belə məlumatlar nə cəmiyyət, nə də dövlət səviyyəsində ciddi qəbul olunur. Ona görə də bu cür xəbərlərin münasibətlərimizə hər hansı zərər verəcəyini düşünmürəm. Bizim qardaşlığımız daimi və möhkəmdir”, - o qeyd edib.

Избранный
16
3
apa.az

4Источники