RU

İranın itkiləri açıqlandı

ABŞ-İsrail hərbi qüvvələrinin İranda mülki ərazilərə endirdiyi hava zərbələri nəticəsində 93 mindən çox yaşayış və ticarət obyekti zərər görüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Tasnim agentliyi İran Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.

Bildirilib ki, mülki ərazilərə dəyən zərbələr nəticəsində ölkə üzrə 93 min 233 mülki obyekt və 20 min 779 ticarət müəssisəsi zərər görüb. Əyalətlərdə 71 min 547 yaşayış binası, Tehranda isə 31 min 562 yaşayış və ticarət obyekti ciddi dağıntılara məruz qalıb.

Bundan əlavə, hücumlar nəticəsində 295 səhiyyə, müalicə və təcili yardım mərkəzi, 600 məktəb, eləcə də 17 Qızıl Aypara mərkəzi zərər görüb. Xilasedici qüvvələrin istifadəsində olan 48 əməliyyat avtomobili, 46 ambulans və 3 xilasedici helikopter də zərər görüb.


Telegram kanalımız
Избранный
27
yenisabah.az

1Источники