RU

Bakıda və Abşeron yarımadasında 42 nəfər su basmış ərazilərdən təxliyə edilib

Bakı. TurkicWorld:

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş intensiv yağışlarla əlaqədar su basmış ərazilərdən təxliyə edilib.

Bu barədə TurkicWorld-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Избранный
44
23
turkic.world

10Источники