RU

Politoloq: “Vaşinqton təkqütblü yeni dünya nizamına doğru irəliləyir”

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Yaxın Şərqdəki vəziyyətin Rusiya və Ukrayna arasındakı münaqişə ilə əlaqəli olduğunu qeyd edib.

Bu barədə Kallas özünün "X" sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, "Böyük yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin qarşıdakı görüşündə nəinki Yaxın Şərqdə deeskalasiya yolları, həmçinin Ukraynadakı vəziyyət də müzakirə olunacaq.

"Yaxın Şərqdəki və Ukraynadakı müharibələr bir-biri ilə sıx bağlıdır. Müharibənin nəticələri bütün dünyada kəskin hiss olunduğu üçün "Böyük yeddilik"dən olan tərəfdaşlarımızla birlikdə Yaxın Şərqdə deeskalasiyaya necə töhfə verməyi müzakirə edəcəyik", - paylaşımda qeyd olunub.

"Eyni zamanda, Ukraynanı diqqətdən kənarda qoya bilmərik. Rusiyanın əhaliyə və mülki infrastruktura hücumları hər gün güclənir. Rusiyanın bu müharibəni dayandırması və vicdanla danışıqlar aparması üçün ona təzyiq göstərməyə davam etməliyik", - Kallas bildirib.

Maraqlıdır ki, ABŞ-nin İranda apardığı hərbi əməliyyatlar digər problemlərin unudulmasına səbəb olur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, politoloq Bakir Həsənbəyli qeyd edib ki, ABŞ-nin İranda apardığı hərbi əməliyyatlar nə Qrelandiya, nə Kuba, nə də Ukrayna ilə bağlı problemlərin unudulması demək deyil:

“Rəsmi Vaşinqton təkqütblü yeni dünya nizamına doğru irəliləyir. İranla bağlı hərbi əməliyyatlar da, bu nizamın bir hissəsidir. ABŞ Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra kəşfiyyat məlumatları istisna, Ukraynaya birbaşa silah təchizatı ilə məşğul olmurdu. Silahlar Avropa ölkələrinə satılır və təchizatla Avropa İttifaqı məşğul olurdu. Hazırda bu proses davam edir.

Ukrayanaya ABŞ-nin birbaşa yardımı isə hərbi kəşfiyyat məlumatlarıdır. Bu baxımdan, bu gün Yaxın Şərq hadisələri informasiya baxımından Ukrayna-Rusiya münaqişəsini 2-ci sıraya keçirə bilsə də, lakin iş davam edir. 

Çünki bu gün dünyanın diqqətini cəlb edən bütün münaqişələrin nüvəsində ABŞ-Çin iqtisadi müharibəsi durur. Əgər Rusiya-Ukrayna müharibəsində qlobal iqtisadiyyatda təchizat zənciri qırıldısa, ABŞ, İsrail və İran münaqişəsində isə enerji təchizatına ciddi zərbə dəydi. Demək olar ki, bu istiqamətdə təchizat zənciri qırıldı.

Etiraf edilməsə belə, ən çox zərbə hələlik Çinə dəyir. Çünki ABŞ-nin qarşısına qoyduğu məqsəd məhz qlobal enerji resurslarına və nəqliyyat dəhlizlərinə nəzarət etməkdir. Trampın Qrellandiya, Venesuela və İran siyasətinin arxasında da bu amillər dayanır”. 

Avropa İttifaqının Ukrayna ilə bağlı prioritetlərinə gəldikdə, politoloq qeyd edib ki, ittifaq ölkələri ABŞ, İsrail və İran müharibəsində tərəf olmadıqlarını dəfələrlə bəyan ediblər: 

“Bu münqaişənin nəinki tərəfi olmadıqlarını, hətta ABŞ və İsrail bəzi Aİ ölklərinin liderləri tərəfindən məhz Hörmüz boğazının bağlanması ilə əlaqədar qınanıblar.

Çünki Aİ ölkələrinin günlük istifadə etdiyi enerjinin təxminən 21-21 %-i bu boğazdan keçməklə təmin olunur. Bundan başqa Aİ ölkələrinin bəyanatlarına nəzər yetirdikdə görürük ki, Rusiya-Ukrayna müharibəsini özlərinin prioritetləri elan ediblər”. 

Избранный
14
1
cebheinfo.az

2Источники