RU

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

İran Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan Aviabazasına hava zərbələri endirib.

Bizim.Media “AP” nəşrinə istinadla xəbər verir ki, hücumlar nəticəsində 29 ABŞ hərbçisi xəsarət alıb.
 

Məlumata görə, bazadakı hava hücumundan müdafiə sistemləri tərəfindən ümumilikdə 6 ədəd ballistik raket və 29 dronla vurulub.


Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.

İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.



Bizim.Media

Избранный
29
1
bizim.media

10Источники