RU

Ailəsinə qarşı çıxaraq evtanziyasını istədi

İspaniyada qadın atasına qarşı hüquqi mübarizədən sonra evtanziyaya baş vuraraq həyatına son qoyub.

“Yeni Sabah” BBC News-a istinadən xəbər verir ki, 2022-ci ildə özünü öldürməyə cəhd nəticəsində iflic olmuş 25 yaşlı Noelia Castillo uzun hüquqi mübarizədən sonra Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə İspaniyada evtanziyadan (yardımla həyata keçirilən ölüm) istifadə etmək hüququ qazanıb.

Noelianın atası və xristian hüquqşünaslar təşkilatı prosesə etiraz etmiş, qızının şəxsiyyət pozuntusuna malik olduğunu və dövlətin gənclərin həyatını qorumaq öhdəliyini vurğulamışdılar. 18 ay davam etmiş apelyasiya Noelianın xeyrinə yekunlaşıb.

“Heç kim mənim qərarıma hörmət etməyib. Mən sakitcə gedib ağrını dayandırmaq istəyirəm. Ailənin xoşbəxtliyi qızın xoşbəxtliyindən üstün olmamalıdır”, - Noelia məhkəmə dövründə demişdi.

Anası qərara razı olmadığını desə də, hörmət etdiyini bildirib.

Noelia Castilloya hadisəsi, atasının hüquqi etirazları səbəbindən məhkəməyə çıxan ilk evtanziya işi kimi tarixə düşüb. Ümumiyyətlə isə 2024-cü ildə 426 evtanziya məhkəmə müdaxiləsi olmadan təsdiqlənib və həyata keçirilib.


Telegram kanalımız
Избранный
13
yenisabah.az

1Источники