Britaniyanın atletika üzrə ilk Olimpiya çempionu Meri Rend 86 yaşında vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
1964-cü il Tokio Olimpiadasında Ründ uzunluğa tullanmada dünya rekordu (6.76 m) ilə qalib gəlib və bu rekord dörd il ərzində qırılmayıb.
Həmin Oyunlarda o, həmçinin beşnövçülükdə gümüş, 4×100 metr estafetdə isə bürünc medal qazanıb. Rend həmçinin 1962-ci il Avropa Çempionatında uzunluğa tullanma və 4×100 metr estafetdə daha iki bürünc medal qazanıb.