NATO Hörmüz Boğazının açılmasına kömək etməməklə çox pis səhv etdi.
Leqal.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp çıxışında deyib.
“Mən düşünürəm ki, NATO böyük səhv etdi — onlar hətta kiçik miqdarda hərbi texnika göndərmək istəmədilər, ümumiyyətlə bizim bütün dünya naminə, İrana qarşı duraraq etdiklərimizi belə qəbul etmək istəmədilər. Məncə, NATO-nun sadəcə orada olmaması çox böyük bir səhv idi. Onlar ümumiyyətlə yox idilər. Bu isə ABŞ üçün çoxlu pul qənaəti deməkdir, çünki biz NATO üçün hər il yüz milyardlarla dollar xərcləyirik və onları qoruyuruq. Biz həmişə onların yanında olmuşuq, lakin indi onların hərəkətlərinə baxanda düşünürəm ki, bizim onların yanında olmağımız mütləq deyil, elə deyilmi? Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olmalıyıq?", - Tramp vurğulayıb.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта