RU

Emin Mahmudov: “Çox qol vura biləcəyimizi bilirdik”

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Matçda çox qol vura biləcəyimizi bilirdik". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.

Yarımmüdafiəçi "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiyaya qalib gəldikləri (6:1) oyundan sonra fikirlərini bölüşüb:

"Oyun başlayanda tez qol vurmağa və tempi qaldırmağa çalışdıq. Oyunumuz yaxşı alındı. Qollar vurduq. Ona görə də böyükhesablı qələbə qazandıq. Tez qol vurmağa hazır idik. Matçın daha rahat keçməsini istəyirdik".

Təcrübəli futbolçu qarşılaşmanın ikinci hissəsində heyətin tamamilə dəyişməsinə də toxunub:

"Komandada yaxşı rəqabət var. Oyunçular fasilədən sonra da özlərini yaxşı tərəfdən göstərdilər. Növbəti rəqibimiz bir az daha çətin olacaq. Ciddi rəqibdir. Yenə də yaxşı nəticə qazanmağa çalışacağıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
sport24.az

1Источники