Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Yaxın Şərqdə gərginlik yeni müstəviyə keçib. Bir aydır davam edən İran-İsrail müharibəsinə Yəmən də daxil olub. Səhər saatlarında Yəmən ərazisindən İsrail istiqamətinə raket atılıb.Demokrat.az xəbər verir ki, İsrail ordusu ölkə ərazisinə doğru atılan raketi vaxtında müəyyən etdiklərini açıqlayıb. Verilən rəsmi məlumatda hava hücumundan müdafiə sistemlərinin dərhal işə düşdüyü bildirilir. Bu hadisə müharibə başlayandan bəri Yəmənin prosesə birbaşa hərbi müdaxilə etdiyi ilk haldır.Yəməndəki husilər hələ bir gün əvvəl xəbərdarlıq yaymışdılar. Onların hərbi sözçüsü Yəhya Seri bildirmişdi ki, əgər hər hansı koalisiya ABŞ və ya İsrail tərəfdə İrana qarşı döyüşərsə, yaxud Qırmızı dənizdən bu məqsədlə istifadə olunarsa, hərbi əməliyyatlara başlayacaqlar. Raket zərbəsi də məhz bu bəyanatdan bir neçə saat sonra endirilib.Xatırladaq ki, dünən gecə saatlarında İran tərəfi də Tel-Əvivə bir neçə dalğadan ibarət raket hücumu təşkil etmişdi. Şəhərdə saatlarla həyəcan siqnalları susmayıb. İndi isə münaqişə coğrafiyasının genişlənməsi bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir.İslam
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.