RU

İran bu ölkə üçün Hörmüz boğazını açdı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Tailand İranla anlaşma əldə edib ki, ölkənin neft daşıyan tankerləri Hörmüz boğazından maneəsiz və təhlükəsiz şəkildə keçə bilsin”.

Globalinfo.az xəbər verir ki, bunu Tailandın Baş naziri Anutin Çarnvirakul deyib.

Onun sözlərinə görə, əldə olunan razılaşma martın əvvəlində gəmilərin hərəkəti zamanı baş verən problemlərin təkrar olunmayacağına ümid yaradır.

Baş nazir əlavə edib ki, hökumət dəyişən şəraitə uyğunlaşmaq və əhaliyə mümkün zərərin qarşısını almaq üçün tədbirlər görməkdə davam edəcək.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
globalinfo.az

1Источники