RU

Qadını öldürüb meyitini otlaq sahəyə aparan şəxslər həbs ediliblər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, martın 23-də Ağsurayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü ZahirəŞükürovanın meyiti aşkar edilib.

Ağsu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə üzrə saxlanılanşəxslər həbs ediliblər.

Bildirilib ki, aparılan araşdırmalarla martın 22-də Ağsu rayonsakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci iltəvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxshalında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmişşəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyəaparmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu rayon prokurorluğunda başlanmış cinayət işiüzrə Əyyub Sahabov və Seymur Məmmədov Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrupşəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxsqismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmayaprosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasındaAğsu rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkantədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Избранный
22
39
az.trend.az

10Источники