RU

Hava şəraiti səbəbindən dəmir yolunda gecikmələr müşahidə oluna bilər

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

ADY-dən AYNA.AZ-a verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
29
ayna.az

10Источники