RU

Körpülər uçdu, yol bağlandı – Qubada son VƏZİYYƏT – VİDEO - ÖZƏL

Şimal bölgəsində bir sutkadan artıq davam edən intensiv yağışlar Quba rayonu ərazisində ciddi fəsadlara səbəb olub.

Rayon icra hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov Bizim.Media-nın yerli bürosuna bildirib ki, rayondan keçən çaylarda sululuq kəskin artıb və nəticədə bir sıra ərazilərdə ağır vəziyyət yaranıb.
 

Onun sözlərinə görə, Quba-Xınalıq yolunun 30-cu kilometrliyində torpaq sürüşməsi baş verib. Sürüşmə ilə yanaşı, iri qaya parçalarının da yola axaraq düşməsi nəqliyyatın hərəkətini tamamilə məhdudlaşdırıb.


Sel suları rayonun bir neçə kəndində – Səbətlər kəndi, Çiçi kəndi və Qorxmazoba kəndi ərazilərində həyətlərə dolub. Bundan əlavə, bir neçə yaşayış məntəqəsində körpülər sel nəticəsində yararsız hala düşüb.

Tariyel İbrahimov qeyd edib ki, sel daşqınları elektrik təsərrüfatına da ciddi ziyan vurub. Ümumilikdə, ən böyük zərər yol infrastrukturu və elektrik şəbəkəsində qeydə alınıb.

Hazırda dəymiş ziyanın miqyası dəqiqləşdirilir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
38
3
bizim.media

10Источники