RU

Bakıda leysan rekord qırdı: yollardakı vəziyyətlə bağlı yeni görüntülər

Bakı. Trend:

Bakı və Abşeron yarımadasında artıq ikinci gündür aramsız leysanyağır. Güclü yağıntılar nəticəsində paytaxtın bir çox küçə vəprospektlərində iri gölməçələr yaranıb, bəzi ərazilərdə isə hərəkətxeyli çətinləşib. İntensiv yağışlar səbəbindən bəzi evləri də subasıb.

Trend xəbər verirki, dünən saat 22:00-a olan məlumata əsasən, ölkə ərazisindəintensiv yağıntılı hava şəraiti davam edib. Bakıda və Abşeronyarımadasında yağan güclü yağışın miqdarı 58 mm təşkil edib ki, buda aylıq normanın 247 faizinə bərabərdir.

Məlumata görə, martın 28-i ərzində də yağıntıların davamedəcəyi, bəzi yerlərdə intensiv xarakter alacağı gözlənilir.Yarımadanın ayrı-ayrı ərazilərində güclü yağışlarla əlaqədarsubasma hallarının davam edəcəyi bildirilir. Martın 29-u gündüzsaatlarından isə yağıntıların tədricən kəsiləcəyiproqnozlaşdırılır.

Aidiyyəti qurumlar problemin aradan qaldırılması üçün işlərəcəlb olunsalar da, yollarda vəziyyət hələ də gərgin olaraq qalır.Xüsusilə aşağı ərazilərdə suyun yığılması nəqliyyatın hərəkətinəciddi maneələr yaradır.

Məqalədə:
Избранный
15
8
az.trend.az

9Источники