RU

Bir zamanların ulduzu idi, bu çıxışı ilə hər kəsi göz yaşlarına boğdu - VİDEO

“Yeşilçam”ın tanınmış simalarından olan Serpil Örümcer son dövrlərdə yaşadığı maddi çətinliklərlə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Örümcer sosial media vasitəsilə insanlardan yardım istəyib.

Serpil Örümcer ona ev verildiyi barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini deyib:

“Hazırda kirayədə yaşayıram. Təəssüf ki, yaşadığım ev də tezliklə söküləcək. Köçmək üçün çox az vaxtım qalıb”.

Yeni ev tapmaqda çətinlik çəkdiyini bildirən sənətçi artan kirayə qiymətlərindən də gileylənib. Örümcer dolanışığını təmin etmək üçün rəsmlərini, kasetlərini və üzərində öz fotosu olan bir saatı satışa çıxardığını da açıqlayıb.

Sənətçinin bu açıqlamalarından sonra sosial mediada çoxsaylı dəstək mesajları paylaşılıb.

Qeyd edək ki, 73 yaşlı Serpil Örümcer 1967-ci ildə qatıldığı gözəllik müsabiqəsi ilə tanınıb. 1970-ci illərdə kino və musiqi dünyasında adından söz etdirib.

Musavat.com

Избранный
15
2
musavat.com

3Источники