RU

Tarixi fakt: 1930-cu illərin Azərbaycan pasportu: O detal diqqət çəkdi

Sosial şəbəkələrdə geniş marağa səbəb olan və 1930-cu illərdə Azərbaycanda verilmiş qədim pasportun fotosu izləyicilərin diqqətini çəkib.

NOCOMMENT.az xəbər verir ki, paylaşılan fotoda 19-cu əsrin sonlarında, konkret olaraq 1895-ci ildə doğulmuş şəxsə məxsus rəsmi sənəd əks olunub. Sənədin ən diqqətçəkən məqamı isə “milliyyəti” bölməsində həmin dövrün rəsmi qeydiyyat qaydalarına uyğun olaraq vətəndaşın etnik mənsubiyyətinin birbaşa “türk” kimi qeyd edilməsidir.

Sənəddəki əl yazısı ilə qeyd olunmuş məlumatlar, o cümlədən doğum yeri və digər şəxsi detallar Azərbaycanın o dövrkü inzibati və sosial vəziyyətini bir daha göz önünə gətirir.

Bu tarixi sənəd izləyicilər tərəfindən milli kimliyin rəsmi qeydiyyatı baxımından qiymətli bir sübut kimi qiymətləndirilib./32gun.az/

Избранный
44
nocomment.az

1Источники