RU

Elvin Cəfərquliyev: “Növbəti oyunda da qələbə qazanmaq istəyirik”

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Bu qələbə bizim üçün çox vacib idi, çünki bizə inam verir”.

İdman.Biz bildirir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya ilə oyundan sonra deyib.

Matç 6:1 hesabı ilə Azərbaycan yığmasının xeyrinə qurtarıb.

“Biz qələbə baxımdan çox əziyyət çəkirdik. Çoxdandır qələbə qazanmırdıq.

Növbəti oyunda da qələbə qazanmaq istəyirik. Syerra-Leone ilə oyunda yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik. Oyundur, bilmək olmaz. Hesab təkrarlana da bilər, uduza da bilərik. Amma həmin oyunda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki qələbə bizə çox vacibdir”.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
2
icma.az

3Источники