RU

“Cəmilənin səsinə inanıram, amma o mahnını seçməzdim”

ain.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Röya Ayxan “Səs Azərbaycan”da onun komandasında yarışan, builki Avroviziya təmsilçimiz Jiva-dan (Cəmilə Həşimova) danışıb.

OLAY-ın məlumatına görə, bu gün Bakı Konqres Mərkəzində konsert verən sənətçi jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib:

“Əminəm ki, mahnı ilə bağlıdır. Bilirsiniz ki, çox gözəl mahnı seçənəm. Deyim ki, “vauv” mahnıdır, yalan olar. Onun səsinə, özünə o qədər inanıram ki… Yəqin ki, belə düşündülər, mahnını belə seçdilər. Mən seçməzdim. Necə mahnı olur olsun, nə olur olsun, o qızı həmişə dəstəkləyəcəyəm. Bir adam ki, oxuya bilir, həmişə onun yanında varam. Dəhşətli dərəcədə enerjisi var, bunu “Səs Azərbaycan”da görmüşəm. Məndən də enerjilidir, sadəcə belə görünür. Ona inanıram, inşallar şouları da yaxşı olar”.

Qeyd edək ki, Cəmilə ölkəmizi “Just go” mahnısı ilə təmsil edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
olay.az

1Источники