RU

İntensiv yağış Abşeronu “vurdu” – VİDEO

İntensiv yağış Abşeron rayonunda ciddi fəsadlara yol açıb. Xüsusilə Hökməli və Qobu qəsəbələri sel sularının təsirindən zərər görən əsas ərazilərdir.

NOCOMMENT.az xəbər verir ki, Hökməli qəsəbəsində avtomobil yolları keçilməz hala düşüb, bəzi fərdi yaşayış evlərini isə sel suları basıb. Bəzi həyətlərdə sakinlər evlərdən çıxmağa çətinlik çəkiblər.

Sudaşıyıcı xətlərin normadan artıq yüklənməsi vəziyyəti daha da çətinləşdirib.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar qəza briqadaları gücləndirilmiş iş rejiminə cəlb olunub. Hazırda ərazilərdə suyun çəkilməsi və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Yaranan problemlərin qısa müddətdə həlli üçün bütün texniki imkanlar səfərbər olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
26
1
nocomment.az

2Источники