RU

"Bu qədər qol buraxmaq istəməzdik" - Sent Lüsiyanın baş məşqçisi

Sent Lüsiya millisi "FIFA Series 2026” beynəlxalq turnirində Sumqayıtda yığmamıza 1:6 hesabı ilə uduzub.

"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Störn Con matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Belə nəticəni gözləyirdiz?
- Xeyr, gözləmirdim. Birinci dəqiqələrdə qapımıza penalti təyin olundu. Rəqibin fiziki və taktiki baxımdan bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə səhv edirsənsə, mütləq şəkildə cəzalanacaqsan.

- Bir oyundan ötrü bu qədər məsafə qət edib, Azərbaycana gəlməyə dəyərdi?
- Nəticə məyusedicidi. Bura gələnə kimi 4 uçuş keçirmişik. İki yoldaşlıq oyunu olacaqdı. Hər bir halda, təcrübə qazandıq. Avropa komandasına qarşı oynadıq. Bir oyun keçirmək bizi məyus edir.

- Azərbaycan millisinin tarixinə düşdüz. Bu, yığmamızın ən böyük hesablı qələbəsi oldu...
- Azərbaycan millisi yaxşı təşkilatlanmış komandadı, topla yaxşı davranırlar. Oyundan əvvəl də demişdim ki, ciddi yanaşmalıyıq. Azərbaycan Avropa komandasıdı və Fransa, Ukrayna kimi top komandalara qarşı mübarizə aparıblar. Bu qədər qol buraxmaq istəməzdik.

- Oyun planında Azərbaycan yığmasından nə gözləyirdiniz və nələri gördüz?
- Rəqibin fiziki cəhətdən güclü olduğunu bilirdik. Bir neçə ay bundan əvvəl oyunun olacağını bilirdik və təhlillər aparmışdıq. Məğlubiyyətə görə yox, buraxılan qol sayına görə məyusam. Gənc futbolçularımız üçün yaxşı təcrübə oldu. Evə qayıdandan sonra başladığımız yola davam edəcəyik.

Избранный
20
50
football-plus.az

10Источники