RU

Azərbaycan millimisinin Sumqayıt stadionundakı paltardəyişmə otağını su basıb - VİDEO

Sumqayıda Mehdi Hüseynzadə adına stadionda Sent Lüsiya yığması ilə qarşılaşan futbol üzrə Azərbaycan millisinin paltardəyişmə otağını su basıb.

İdman.Biz xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, səhər saatlarından başlayan güclü yağış stadionun futbolçular üçün ayrılmış paltardəyişmə otağını gölməçəyə döndərib. Oyunçular formalarını götürmək üçün otaqda yaranan gölməçəni keçmək məcburiyyətində qalıblar.

Matç millimizin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz
Избранный
11
11
idman.biz

10Источники