RU

Bakıya yağış, dağlara qar yağır Yenilənib

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.

***

Milli Hidrometeorologiya Xidmətinin bu gün saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır. Yağan yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247%-ni təşkil edir.

Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
15
qafqazinfo.az

10Источники