RU

Hande Erçel sərbəst buraxıldı

Türkiyəyə çatan kimi hava limanında saxlanılan aktrisa Hande Erçel sərbəst buraxılıb. 

“Yeni Sabah” xəbər verir ki, ifadəsi alındıqdan sonra Məhkəmə Tibbi Ekspertiza İdarəsində saç və qan nümunələri götürülən Erçel sərbəst buraxılıb.

Qeyd edək ki, istintaq çərçivəsində 14 nəfər saxlanılıb. Onlardan  Koray Serenli, Onur Talay, Sezgin Köysüren və Mustafa Tari’nin həbs edilməsinə, Tuğçe Özbudak barəsində isə ölkədən çıxış qadağası və ev dustaqlığı şəklində məhkəmə nəzarəti tətbiq edilməsinə qərar verib. Hakimlik, Kerim Sabancı, Hakan Sabancı, Burak Elmas, Fikret Orman, Güzide Duran, Didem Soydan, Ferhat Aydın və İsmail Behram Perinçekli barəsində məhkəmə nəzarəti tətbiq olunmasına qərar verib. Kaan Mellart və Hande Erçel barəsində isə həbs qərarı çıxarıldığı bildirilib.


Telegram kanalımız
Избранный
3
9
yenisabah.az

10Источники