RU

ABŞ və İsrail arasında gərginlik: Netanyahu Vensi niyə hiddətləndirib?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-ın vitse-prezidenti J.D. Vens hesab edir ki, İsrail rəhbərliyinin İran müharibəsi ilə bağlı verdiyi proqnozlar reallığı əks etdirmir. Onun fikrincə, xüsusilə İranda hakimiyyətə qarşı geniş xalq üsyanının baş verəcəyi ehtimalı sadəcə illuziyadır.

Globalinfo.az xəbər verir ki, bu həftə ərzində Venslə İsrailin baş naziri Benyamin Netanyahu arasında iki telefon danışığı baş tutub. Bu danışıqlardan biri olduqca gərgin atmosferdə keçib.

ABŞ tərəfinin əsas narazılığı İsrailin Donald Tramp administrasiyasına təqdim etdiyi qiymətləndirmələrlə bağlı olub. Vens Netanyahunun İranla müharibənin gedişinə dair təsvirlərini “həddən artıq nikbin” adlandırıb.

Bunun fonunda Venslə İsrail hökuməti arasında münasibətlərdə müəyyən gərginlik yaranıb. Vitse-prezidentin ətrafı İsrailin onun nüfuzuna xələl gətirmək üçün pərdəarxası fəaliyyət göstərdiyini düşünür. Bu şübhələrə səbəb kimi Tehranın guya danışıqları yalnız Venslə aparmaq istədiyi barədə yayılan məlumatlar göstərilir.

Ağ Evdə isə etiraf edilir ki, İran tərəfi üçün Vens daha praqmatik və uyğun danışıqlar aparan fiqur kimi görünür.

Məlumatda qeyd olunur ki, Vensin administrasiyada yüksək statusu və xarici münaqişələrə ehtiyatlı yanaşması onu İran üçün daha qəbulolunan tərəfdaş edə bilər. ABŞ rəsmilərinin sözlərinə görə, əgər Tehran Venslə danışıqlar aparmasa, ümumiyyətlə razılaşma əldə olunmaya bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
globalinfo.az

1Источники