RU

Medvedevin Estoniya ilə bağlı bu sözləri şok etdi Kallas işə qarışdı...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Estoniyanın keçmişdə Rusiyanın tərkibində olduğunu iddia edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında paylaşım edib.

Eyni zamanda Avropa diplomatiyasının rəhbəri Kaya Kallas haqqında təhqiramiz ifadələr işlədərək onun Rusiyanın ərazi iddiaları ilə bağlı fikirlərinə sərt reaksiya verib.

Medvedev bildirib ki, Donbas Rusiyaya məxsus olub . Həmçinin əlavə edib ki, Estoniya da tarixən Rusiyanın tərkibində yer alıb. Onun sözləri sosial mediada geniş müzakirələrə yol açıb.

Qeyd edək ki, bundan əvvəl Kallas Avropa İttifaqında ABŞ-ın Ukraynaya mümkün təzyiqləri ilə bağlı narahatlıqların olduğunu bildirib. O vurğulayıb ki, Rusiyanın heç vaxt ona məxsus olmayan ərazilərlə bağlı iddialar irəli sürməsi yanlış yanaşmadır. Kallasın sözlərinə görə, belə tələblər beynəlxalq hüquqa ziddir və onlara qarşı ehtiyatlı yanaşmaq lazımdır.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
globalinfo.az

1Источники