RU

Turist helikopteri qəzaya uğrayıb - Ölənlər var

ABŞ-nin Havay adalarında turist helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Moderator.az "The Guardian"a istinadən xəbər verir ki, hadisə martın 26-da Kauai adasında baş verib.

Məlumata görə, helikopterdə ümumilikdə beş nəfər olub, onlardan ikisi yaralanaraq xəstəxanaya çatdırılıb.

Bildirilir ki, helikopter turist uçuşları həyata keçirən "Airborne Aviation" şirkətinə məxsus olub.

Избранный
30
2
moderator.az

3Источники