RU

İspaniyada qrup zorakılığı qurbanı olan qadına intihar hüququ tətbiq edilib

Məhkəmə çəkişməsindən sonra 25 yaşlı qadının könüllü ölüm hüququ tanınıb...

İspaniyada Noeliya Kastilyo Ramos adlı 25 yaşlı qadın uzunmüddətli məhkəmə prosesindən sonra könüllü şəkildə həyatına son qoymaq hüququ əldə edib və o, bu gün həmin qərarı həyata keçirib.

Poliqon xəbər verir ki, bu barədə beynəlxalq mənbələr məlumat yayıb.

Məlumata görə, Ramos daha əvvəl yerləşdirildiyi çətin yeniyetmələr üçün yardım mərkəzində qrup zorakılığına məruz qalıb. Hadisə onun psixoloji vəziyyətinə ağır təsir göstərib və nəticədə o, həyatına son qoymaq qərarı verib. İlk cəhd zamanı o, beşinci mərtəbədən özünü atsa da, həyatını itirməyib, lakin ağır xəsarətlər alaraq əlil vəziyyətə düşüb.

Sonrakı mərhələdə, 2024-cü ildə Ramosa evtanaziya hüququ verilib. Lakin bu proses onun atası tərəfindən məhkəmə qaydasında dayandırılıb və prosedur müəyyən müddətə təxirə salınıb. Buna baxmayaraq, qadının israrı nəticəsində məsələ yenidən hüquqi müstəvidə qiymətləndirilib.

Nəticədə əvvəlcə İspaniyanın Konstitusiya Məhkəməsi, daha sonra isə Avropa İnsan Hüquqları Məhkəməsi onun könüllü şəkildə həyatına son qoymaq hüququnu təsdiqləyib. Bu qərarlar ölkədə evtanaziya hüququ ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Hadisə İspaniyada evtanaziya qanunvericiliyi, fərdi hüquqlar və etik məsələlər ətrafında geniş ictimai debatlara səbəb olub. Ekspertlər qeyd edir ki, belə qərarlar hüquqi əsaslarla yanaşı, ciddi mənəvi və sosial aspektləri də özündə ehtiva edir.

Poliqon.info

Избранный
30
poliqon.info

1Источники