Naftalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınan hadisə zamanı “VAZ 2107” və “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə Goranboy rayon Tapqaraqoyunlu kənd sakini 1963-cü il təvəllüdlü Zamir Nağıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.