RU

Zelenskinin ABŞ ilə bağlı iddiaları həqiqəti əks etdirmir -Rubio

Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Donbasdan qoşunların çıxarılması ilə bağlı tələbləri barədə dedikləri həqiqəti əks etdirmir.

Redaktor.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, ABŞ Ukrayna qarşısında belə bir şərt irəli sürməyib.

“Bu, yalandır. Mən onun bunu dediyini gördüm və təəssüf edirəm ki, belə danışır, çünki bunun doğru olmadığını bilir”, – deyə ABŞ dövlət katibi qeyd edib.

O əlavə edib ki, Kiyevə izah olunan məsələ fərqli olub:

“Təhlükəsizlik zəmanətləri yalnız müharibə başa çatdıqdan sonra qüvvəyə minəcək”, – deyə Rubio vurğulayıb.

Избранный
3
5
redaktor.az

6Источники