RU

Naftalanda iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri ölüb

Naftalan şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bu barədə APA-nın yerli bürosu məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1963-cü il təvəllüdlü Z.Nağıyev hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Naftalan, yol qəzası, ölüm, araşdırma

Избранный
25
4
apa.az

6Источники