RU

Bakıda 2 nəfərin öldüyü tuneli yenə su basdı

Bakıda intensiv yağıntılar bir sıra ərazilərdə ənənəvi problemlərlə müşayiət olunur.
ONN media Oxu.az-a istinadən xəbər verir ki, bura xüsusi ilə Sabunçu Dəmiryol Vağzalının qarşısı və Sulutəpə qəsəbəsinin müəyyən küçələri də daxildir.
Güclü yağış nəticəsində bu və digər ərazilərdə yolları su basıb, nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.
***
Bakıya yağan güclü yağışlar nəticəsində "Sabunçu keçidi" adlanan ərazini yenə su basıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Bildirilib ki, sözügedən yolda avtomobillərin hərəkəti dayandırılıb.
Qeyd edək ki, iki il əvvəl sözügedən ərazidə subasma nəticəsində 2 nəfər həyatını itirmişdi
Избранный
1
1
onn.az

5Источники