RU

Kleptomaniya psixoterapiya və dərmanla müalicə oluna bilən psixoloji xəstəlikdir

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Kleptomaniya fərdlərin ehtiyacı olmayan əşyaları oğurlanmasına səbəb olan güclü bir istəkdir və normal oğurluq halları ilə qarışdırılmamalıdır. Onlarda oğurluq həvəsi o qədər güclü həddə yüksəlir ki, onun qarşısını almaq olmur. Hətta onlar öz ailəsi, qohumları və dostlarının mənzilindən də oğurluq edirlər.

"Kleptomaniyanın simptomları lazım olmayan şeyləri oğurlamaq üçün qarşısıalınmaz istək, çətinlik və nəticədə oğurluq çağırışlarına nəzarət edə bilməmək, öz istəyini yerinə yetirərkən həzz almaq, məmnunluq və istirahət, sonradan özünə qəzəblənmək peşmançılıq, günahkarlıq hissi, utanmaq, əməlinə görə tutulma qorxusu, bütün bunlara baxmayaraq yenidən oğurluq etmək istəyinin baş qaldırmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, kleptomaniyanın səbəbləri tam bilinməsə də, onun ortaya çıxmasında bir çox fərqli faktorun təsiri olduğu güman edilir: "Kleptomaniyaya səbəb olan amillərdən biri də beyində neyrotransmitter adlanan maddələrdən biri olan serotonin səviyyəsindəki balanssızlıqdır. Serotonin çatışmazlığı fərdlərin daha da depressiyaya düşməsinə və bəxdbəxt olmasına səbəb olur. İmpuls nəzarət pozuntusu olanlarda serotonin səviyyəsinin normadan aşağı olduğu müşahidə edilir. Dopaminin sərbəst buraxılması, oğurluq prosesi zamanı insanların razı qalmasına səbəb olur. Dopaminin sərbəst buraxılması asılılıq yaradır və fərdlərin davamlı olaraq oğurluq hərəkəti etmək istəməsinə səbəb olur".

"Kleptomaniya psixoterapiya və dərman müalicəsi kimi üsulları ilə müalicə oluna bilən psixoloji xəstəlikdir. Müalicə üçün istifadə olunan dərmanlar adətən serotonin səviyyəsini tənzimləyən və opioid sisteminin (zövq hissinin) müntəzəm işləməsinə kömək edir. Onu da qeyd etmək lazımdır ki, kleptomaniya impuls pozğunluğudur. Həmin pozuntudan əziyyət çəkənlərin alçaldılması və ittiham olunması müalicədən imtinaya səbəb ola bilər. Müalicə olunmadıqda bir çox maddi, mənəvi və psixoloji problemlərə səbəb olur. Onlara ittihamedici və təhqiredici münasibətlə yanaşmaq əvəzinə müalicə almağa təşviq etmək daha düzgündür", - deyə Y.Əsgərov vurğulayıb.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
sia.az

2Источники