RU

Yoluxma halları artır:"Ağ vəba" adlanan yeni təhlükə


ABŞ-də vərəm halları yenidən artmağa başlayıb.

Medicina.az xəbər verir ki, mütəxəssislər COVID-19-u üstələyərək yenidən ən ölümcül yoluxucu xəstəliklərdən birinə çevrilən xəstəlikdə antibiotik müqavimətinə diqqət çəkirlər.



ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatları göstərir ki, 2025-ci ildə ölkədə 10.260 hal qeydə alınıb, bunlardan 967-si Nyu-Yorkda olub.

Xəstəliyin simptomlarının qrip və oxşar infeksiyalarla qarışdırıla bilməsi erkən diaqnozu çətinləşdirir.

ABŞ-də təxminən 13 milyon insanın gizli vərəm daşıyıcısı olduğu təxmin edilir.



Müalicə olunmadıqda, aktiv vərəm hallarının təxminən yarısı ölümlə nəticələnə bilər.

Vərəmə Qarşı Mübarizə Tərəfdaşlığının direktoru Dr. Lucica Ditiu riskin qlobal miqyasını vurğulayıb:

“Dünyada vərəmi tamamilə aradan qaldıran və ya ondan azad olan heç bir ölkə yoxdur. Nəfəs aldığımız müddətcə hamımız risk altındayıq”.

Aygün
Medicina.az


Избранный
15
1
medicina.az

2Источники