RU

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət MusiqiliDram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə teatrınkollektivinə təbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda qeyd edilib:

"Əziz dostlar.

Sizi əlamətdar hadisə - Dərbənd şəhərində fəaliyyət göstərənAzərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslıyenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.

Rusiya Federasiyasının və Dağıstan Respublikasınınrəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin buabidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümübildirirəm.

Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycanmilli teatr sənətinin ən qədim kollektivlərindən biridir.

Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatrmüəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram TeatrıDağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanınərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərininqorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarınınəsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcəDağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçırəğbəti qazandırıb.

Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsihəm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zənginmədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük,çoxdan gözlənilən bayramdır.

Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluqəlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Buənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyasıarasında münasibətlərdə xüsusi rola malikdir.

Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiyadövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki,Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədənmədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək vəAzərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasındagenişlənəcəkdir.

Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütünkollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrikedirəm.

Teatra yeni yaradıcılıq uğurları arzulayıram".

Избранный
12
49
az.trend.az

5Источники