RU

Avstriyada 14 yaşınadək uşaqlara sosial şəbəkə qadağası qəbul edilib

Avstriyada 14 yaşınadək uşaqlara sosial şəbəkə qadağası qəbul edilib

Avstriyanın hakim partiyaları 14 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi barədə razılığa gəliblər.

AFN.az ORF telekanalına istinadən xəbər verir ki, qadağanın texniki tətbiqi ilə bağlı qanun layihəsi iyunun sonuna qədər hazır olacaq.

Yeni qaydalara əsasən, sosial şəbəkələrdə əsl adlardan istifadə məcburi olmayacaq, lakin ağır cinayət törədən istifadəçilərin şəxsi məlumatlarının dövlət orqanlarına verilməsi sahəsində əməkdaşlıq gücləndiriləcək. Həmçinin, 2027/28-ci tədris ilindən etibarən məktəblərdə "media savadlılığı, demokratiya və süni intellektin əsasları" fənlərinin tədrisi genişləndiriləcək.

Избранный
20
afn.az

1Источники